Xəta
  • Xəbər kanalını yükləyərkən xəta


Yekün hesabat

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən maliyyə yardımı ilə həyata keçirilmiş

“Azərbaycan Respublikasında ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə görülmüş işlər haqqında

HESABAT

 

Maliyyə yardımı alan QHT-nin adı: 

Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatı

(AKTAM)

 

Təqdim olunmuş tarix:   01.12.2014-cü il.

 

Layihənin icrası barədə təsviri məlumat:

 

01.01.2014 – 01.02. 2014-cü il.

1. Birinci mərhələdə (1 ay) layihənə haqqında ətraflı məlumatın ictimayyətləşməsi üçün  tədbirlər həyata keçirildi. Bu məqsədlə 7 yanvar 2014-cü il tarixində “Həftə içi” qəzetində “Ali məktəblərin reytinqinin müəyyənləşməsinə start” adlı materialda layihənin rəhbəri layihə haqqında geniş müsahibə vermişdir.

2. Yanvar ayında Təhsil Nazirliyinin Elm və Ali Təhsil şöbəsində layihə müzakirə olundu və reytinq tədqiqatında iştirak edəcək ali tənsil müəsisələrinin sayının 21-dən 33-ə artırmaq qarara alındı. Qeyri-dövlət təhsil müəsisələri, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Azərbaycan Müəllimlər İnstitutunun 11 filialı tədqiqat aparmaq  üçün  siyahıya əlavə olundu.

3. Bu mərhələdə, layihədə nəzərdə tutulduğu kimi, 1,2,3 nömrəli anketlər çap olundu, sorguları həyata keçirəcək qrup müəyyən olundu.

 

01.02.2014-01.11.2014-cü il.

1. İkinci, əsas  mərhələdə  mart ayının 4-də Təhsil Nazirliyinin Aparat rəhbərinin imzası ilə layihədə iştirak edəcək ali məktəblərə layihənin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması üçün müraciət edildi və layinənin sənədləri göndərildi.

3. Paralel olaraq 33 ali məktəbin və 11 filialın  rəhbərlərinə layihə koordinatorunun imzası ilə layihə haqda məlumat, və ali məktəblər tərəfindən hazırlanacaq sorğu formaları göndərildi.

4. Layihə çərçivəsində nəzərdə tutulmasa da layihənin internet saytı yaradıldı ki, burada layihə materialları, layihənin gedişi əks olundu: www.rating.edu.az.

     5. Anket 3-ə əsasən qiymətləndirmə aparmaq üçün hazırlanmış forma 17 nazirlik və komitəyə, özəl müəsisələrə göndərilmişdir. Seçilmiş və sorğu forması göndərilmiş dövlət təşkilatları aşağıdakılardır - 1. Xarici işlər nazirliyi, 2. Ədliyyə nazirliyi, 3. Maliyyə nazirliyi, 4. Mərkəzi bank, 5. Vergilər nazirliyi, 6. İqtisadi İnkişaf nazirliyi, 7. Kənd Təsərrüfatı nazirliyi, 8. Ekologiya və Təbii Sərvətlər nazirliyi, 9. Mədəniyyət və Turizm nazirliyi, 10. Səhiyyə nazirliyi, 11. Rabitə və Yüksək Texnologiyalar nazirliyi, 12. Nəqliyyat nazirliyi, 13. Qiymətli Kağızlar üzrə Dövlət komitəsi, 14. Dövlət Şəhərsalma və Arxitektura komitəsi, 15. Dövlət Torpaq və Xəritəçəkmə komitəsi, 16. Dövlət Statistika komitəsi, 17. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya. Qeyd etmək istərdik ki, bu dövlət təşkilatlarından Vergilər nazirliyi, Rabitə və Yüksək Texnologiyalar nazirliyi, Ekologiya və Təbii Sərvətlər nazirliyi,  Qiymətli Kağızlar üzrə Dövlət komitəsi, Dövlət Şəhərsalma və Arxitektura komitəsi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Maliyyə nazirliyi, Kənd Təsərrüfatı nazirliyi (9 nazirlik) sorğumuza cavab verərək son 5 ildə öz struklarında işə qəbul etdiklə mütəxəssislərin təqdim olunmuş formaya əsasən qiymətləndirilməsini həyata keçirmişlər. Ali məktəb məzunlarının professional göstəricilərinin qiymətləndirilməsi üçün Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında www.dqmk.azyerləşdirilmiş, komissia vasitəsi ilə dövlət qullğuna qəbul olunmuş məzunların statistik göstəricilərini işçi qrup geniş təhlil etmiş və Anket 3-ə əsasən qiymətləndirmədə istifadə edilmişdir.

6. Ali məktəblərin rəhbərliyi tərəfindən göndərdiyimiz sorquya cavab hazırlanıb bizə rəsmi olaraq göndərdikdən sonra (Anket 1-ə əsasən hazrlanmış sorğu) verilmiş məlumatların yoxlanması məqsədi ilə bu mərhələdə layihənin rəhbərinin Bakı şəhərində və regionlarda (Gəncə, Qazax, Mingəçevir, Naxçıvan) yerləşən ali məktəblərə və Azərbaycan Müəllimlər institutunun bəzi filiallarına səfələri olmuşdur.

7. Bu mərhələdə universitetlərin daxildən, müəllim və tələbələr tərəfindən qiymətləndirilməsi üçün Anket 2-yə əsasən sorğu həyata keçirən qrup Anket 1-ə əsasən sorğumuzu cavablandıran ali məktəblərdə universitet rəhbərliyinin iştirakı olmadan növbə ilə sorğuları həyata keçirmişlər.

8. Regionlarda sorğu AKTAM təşkilatının regional nümayəndələri vasitəsi ilə həyata keçirilmişdir.

9. Hər 3 sorğu anketlərinə əsasən toplanmış məlumatlar müntəzəm olaraq Microsoft Excel vasitəsi ilə hazırlanmış proqrama daxil edilərək emal olunmuşdur. 

10. Azərbaycan Respublikasının ali təhsil müəsisələrinin beynəlxalq reytinq tədqiqatlarında göstərdikləri nəticəni tədqiq etmək üçün layihə çərçivəsində lazımi addımlar atılmışdır. 2013-cü ilin dekabr ayında Rusiya Federasiyasının məşhur İnterfaks agentliyi reytinq tədqiqat qrupu keçmiş SSRİ-nin 15 respublikasının 400 ali məktəbi üçün apardığı reytinq tədqiqatlarının nəticəsini elan etdi. Rus və ingilis dillərində nəşr edilən reytinq tədqiqatlarının hesabatında Azərbaycan Respublikasının 11 ali məktəbinin göstəriciləri verilmişdir. Yumşaq desək, ölkəmizin ali məktəblərinin göstəriciləri Qazaxstan, Gürcüstan, Ermənistan respublikalarının göstəricilərinə nisbətən aşağı olmuşdur. Bizim ali məktəblərimizin bu nəticələrini təhlil etmək üçün layihin rəhbəri İnterfaks agentliyinin tədqiqat qrupunun rəhbəri ilə əlaqə yaradaraq müzakirələr aparmış, sonra agentliyin rəhbərinin dəvəti ilə 1 həftə müddətində Moskva şəhərində ezamiyyətdə olmuşdur. Müzakirələrdə, əsasən, respublikamızın ali məktəblərinin aşağı olan göstəriciləri təhlil edilmiş, bu göstəricilərin yüksəlməsi üçün aparılması vacib olan tədbirlər müəyyən edilmişdir.

 

01.11.2014 – 01.12.2014-cü il.

1. Üçüncü, yekun mərhələdə, sorğumuza cavab vermiş ali təhsil müəsisələrinin reytinq tədqiqatları başa çataraq yekun ballar hesablanmış və reytinq cədvəli hazırlanmışdır. Dövlət ali məktəblərindən Azərbaycan Memarlıq və İnşaat Universiteti və Sumqayıt Dövlət Universitetləri, qeyri-dövlət ali məktəblərindən isə -   Xəzər Universiteti,  “Qafqaz” Universiteti,  “Odlar Yurdu” Universiteti, Bakı Biznes Universiteti, Bakı Qızlar Universiteti,  Azərbaycan Kooperasiya Universiteti, Bakı Asiya Universiteti, Bakı Avrasiya Universitetləri sorğularımızı cavablandırmadıqları üçün reytinq tədqiqatlarında iştirak etməmişlər.Bu ali məktəblərin sorğuya cavab verməməkləri haqda Təhsil nazirliyinə verilən aralıq hesabatlarda bir neçə dəfə  məlumat verilmişdir. Bu məlumatlardan sonra nazirliyin məsul əməkdaşlar bir daha bu ali məktəblərin rəhbərliyini layihədə iştirakın vacibliyini bildirmişlər. Amma buna baxmayaraq göstərilən 10 ali məktəbdən sorğularımıza cavab ala bilmədik.

2. Bu mərhələdə  layihə çərçivəsində planlaşdırılmış Azərbaycan respublikasının ali məktəblərinin reytinqi - 2014” kitabı hazırlanmış və çap edilmək üçün nəşriyyata təqdim edilmişdir. Dekabr ayının ortalarında kitabın təqdimatı nəzərdə tutulubdur.

 

 

5. Layihənin icrasından sonra əldə edilən nəticələr barədə.

Layihədə qeyd edildiyi kimi,  ali təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas instrumentlərindən biri kütləvi informasiya vasitələrində nəşr edilən ali məktəblərin reytinqi haqqında informasiyadır. Reytingi təyin etmənin əsas məqsədləri:

- qərar qəbul etmək üçün ictimaiyyətə informasiyanın təqdim olunması (abituriyentə və onların   

  valideynlərinə; siyasətçilərə, fondlara, işverənlərə, beynəlxalq təşkilatlara);

- ali təhsil müəssisələrinin inkişafını stimullaşdırmaq və bu sahədə rəqabət mühitinin yaradılmasına kömək etmək;

-  ali məktəb daxili keyfiyyətartırılma mərkəzlərinin yaradılmasına və inkişafına təkan.

Bu nöqteyi-nəzərdən ilk dəfə olaraq layihə çərçıvəsində respublikamızın 22 ali məktəbinin və 11 filialın resursları haqda məlumat ilk dəfə olaraq ictimaiyyətə təqdim olunmuş (www.rating.edu.az), nəşr edilmişdir (Azərbaycan respublikasının ali məktəblərinin reytinqi - 2014” kitabı).

Aparılmış tədqiqatlar Azərbaycan Respublikasının ali məktəbləri reytinq göstəricilərinin aşağı olmasının və keyfiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olan, universitetlərimizin  böyük əksəriyyət üçün xarakterk olan aşağıdakı problemləri aşkara çıxarmışdır:

1. İstisnasız olaraq respublikanın bütün ali məktəblərində kadr problemi mövcuddur. Universitetlərin layihənin internet saytındakı səhifəsində göstərilmiş ümumi dərs yükünü və ştatda olan müəllim heyıtinin nisbətini qiymətləndirsək, bununla hər bir ali məktəbin vəziyyətini müəyyən edə bilərik. Aparılan sorğular göstərmişdir ki, bunun obyektiv səbəbləri ilə yanaşı (müxtəlif səbəblərdən yüksək ixtisaslı mütəxəssislərin ali məktəblərdə işləməkdə maraqlı olmaması), subyektiv səbəblərii də vardır. Belə ki ali məktəbin məzun magisterləri müəllim kimi qalıb işləmək istədikdə çox zaman rədd cavabı alırlar, ən yaxşı halda onlar labarant, texniki işçi kimi işə qəbul edilirlər. Biz layihə çərçivəsində hər bir ali məktəbdən müvəffəqiyyətlə karyera qurmuş məzunları haqda məlumat aldıq və saytda yerləşdirdik.  Universitetlərin böyük əksəriyyətində ali məktəblərə müəllim kimi işə qəbul yalnız bir nəfərin, rektorun iradəsindən asılıdır. Ali məktəblərə işə qəbulla bağlı yeni mexanizmlərin tətbiqi vacibdir. Mümkün variantlardan biri kimi, ali məktəblərə işə qəbulun  Dövlət Qulluğu Komissiyanın vasitəsi ilə mərkəzləşmiş qaydada həyata keçirməsini təklif edirik. 

2. İlk dəfə olaraq ictimaiyyət layihənin internet saytından ali təhsil müəsisələrinin maliyyə vəsaitləri haqda az da olsa məlumat ala bilir. Təhlillər göstərir ki, əksər ali məktəblər keyfiyyətli tədrisin təşkili üçün kifayət qədər maliyyə vəsaitinə malikdir. Lakin bu vəsaitin effektli xərclənilməsi sual altındadır. Beynəlxalq praktikadan fərqli olaraq, ölkəmizdə heç bir ali məktəb universitetin malik olduğu maliyə vəsaitinin xərclənməsi haqda, aparılan tenderlər, alqı-satqi əməliyyatları haqda məlumatları açıqlamır, universitetlərin internet saytlarında işıqlandırmır. Fikrimizcə maliyyə şəffaflığı müvafiq qrumlar tərəfindən ali məktəblərin rəhbərliyi qarşısında qoyulmalıdır.

3. Təhlillər göstərir ki, universitetlərimizin beynəlxalq əməkdaşlığının səviyyəsi  yüksək deyildir. Bu əməkdaşlıq, adətən, müxtəlif ölkələrin universitetlərinin rektorlarının Azərbaycana səfəri zamanı əməkdaşlıq haqda müqavılənın imzalanmasından uzağa getmir. Universitetlərimizin hesabına müəllim, tələbə mübadiləsi yox səviyyəsindədir. Universitet rektorları bunu maliyyə vəsaitinin çatışmamazlığı, normal yataqxanaların olmaması ilə əlaqələndirsələr də, daha dəqiqi bu istiqamətdə vəsait xərcləməyi istəməmələridir. Bəzi ali ali məktəb rektorları fikirləşirlər ki, beynəlxalq əlaqə üçün yalnız onların özlərinin səfərləri kifayətdir.

4. Layihənin internet saytında yerləşən  universitet səhifələrindəki materialların təhlili göstərir ki, onların böyük əksəriyyətinin elmi-tədqiqat göstəriciləri çox aşağıdır. Xaricdə nəşr olunmuş məqalələr, konfranslarda iştirak kifayət qədər deyildir. Elmi-tədqiqat üçün ayrılan vəsait çox zaman heç bir elmi nəticəsi, effektliliyi  olmayan laboratoriyaların əməkdaşlarına əmək haqqı kimi ödənilir, xaricdə məqalələri nəşr olunan alimlər stimullaşdırılmır, beynəlxalq konfranslarda iştirak isə, yenə də, bir nəfərin, rektorun qərarından asılıdır.   Bu məsələdə də, universitet alimlərinin beynəlxalq tədbirlərdə universitetin maliyyəsi hesabına iştirakını təmin etmək üçün yeni mexanizmlər tətbiq edilməlidir.

5. Layihə çərçivəsində nəşr olunacaq Azərbaycan respublikasının ali məktəblərinin reytinqi - 2014” kitabında hər bir universitetin reytinq tədqiqatlarının nəticələri, resurlarının, daxildən və xaricdən qiymətləndirilmələrinin nəticəsində hesablanmmış balları və yekun balı nəşr edilmişdir. Ən yüksək nəticə Naxçıvan Dövlət Universiteti, ən aşağı nəticə isə Azərbaycan Müəllimlər İnstitutu üçün (filialları ilə birgə) alınmışdır.

  

 

 

 

Layihə rəhbərinin adı və soyadı:                                     Natiq Əhmədov

Hesabatın təqdim edilmə tarixi:                              “ 01 ” dekabr  2014-cü il.       

Ziyarətçi: bu gün - 1 | bu ay - 382 | cəmi - 85289
2014. Yekün hesabat - Azərbaycan Respublikası ali məktəblərin reytinqləri üzrə tədqiqatlar. © AKTAM təşkilatı.
Powered by V@sif & Joomla 1.7 Templates